“Beşiktaş”da Rashica sevinci

Bakı, 5 avqust, Sporaz.tv

Beşiktaş“da yaxşı düşərgə dövrü keçirən Rashica çalışqanlığı ilə diqqət çəkir. Kosovalı futbolçu, yeni mövsümə yaxşı başlayıb, yoldaşlıq görüşlərində 2 qol vurub.

Sporaz.tv xəbər verir ki, fərdi məşqçisi ilə əlavə məşq də edən Rashica, Galatasaray matçında təsirli oyunu ilə texniki heyətin rəğbətini qazanıb.

“Beşiktaş”, hazırda Trendyol Superliqasının ilk həftəsində “Samsunspor”la səfər matçının hazırlıqlarını davam etdirir.

Baş məşqçi van Bronkxorst bu matça “Galatasaray”a cəlb etdiyi 11-lə başlamağı planlaşdırır.