“Beşiktaş”da qanad transferi

Bakı, 8 iyul, Sporaz.tv

Beşiktaş” İtaliya B Seriyasının komandalarından “Sassuolo“da çıxış edən Armand Laurienteni gündəminə gətirib. “Qara-ağlılar” rəhbərliyi danışıqlara başlasa da, fransız futbolçunun komandadan ayrılmaq istədiyi bildirilib.

Sporaz.tv xəbər verir ki,  yeni mövsüm öncəsi işlərinə davam edən “Beşiktaş” sol cinah transferi üçün “Sassuolo”dan Armand Lauriente ilə maraqlanır.

“Ağ-qaralar” rəhbərliyin 25 yaşlı futbolçunun transferi üçün İtaliya komandası ilə danışıqlara başladığı bildirilib.

Fransız futbolçunun “Sassuolo”nun B seriyasına düşməsi səbəbindən komandadan ayrılmaq istədiyi bildirilib. İtalyan komandasının bu transfer üçün 10 milyon avroya yaxın transfer haqqı tələb edə biləcəyi və “Fenerbahçenin da Armand Lauriente ilə maraqlandığı qeyd edilib.

Ötən mövsüm “Sassuolo”nun heyətində 40 matça çıxan Lauryente 5 qol vurub, 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçu karyerasında “Lorient” və “Rennes” klublarında da çıxış edib.

“Beşiktaş” transfer dövründə indiyədək 2 transfer açıqlayıb. “Qara-ağlar” “Atletico Madrid”dən Gabriel Paulista ve “Benfica”dan Rafa Silvanı heyətinə qatıb.

Bahar Rüstəm