Beşiktaşda kadr quruluşu

Bakı, 18 iyun, Sporaz.tv

Beşiktaş”a transfer olunacaq futbolçular qədər komandadan ayrılacaq adlar da maraq doğurur. Qara-ağlar Masuaku, Amartey, Colley Rebic ilə vidalaşmağı planlaşdırırlar.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş” rəhbərliyi heyətdə yer almayan futbolçular üçün təklif gözləyir. İdarə heyətinə müşavirə təyin olunan Brad Friedel ayrılacaq futbolçular üçün təmaslarını davam etdirir. Beşiktaşda Masuaku, Amartey, Colley və Rebic ilə yollarının ayrılması planlaşdırılır.

Masuakunun Fransadan talibləri olduğu öyrənilib. Nantes klubunun xüsusilə təcrübəli sol cinah müdafiəçisini heyətinə qatmaqda israrlı olduğu bildirilib.

Amartey üçün Şotlandiyadan bir talib var. “Celtik” 29 yaşlı qanalı futbolçu üçün “Beşiktaş”ın qapısını döyməyə hazırlaşır.

Hellas Verona“nın gündəmində Ante Rebic var. İtaliya təmsilçisi yaxın günlərdə Rebic üçün rəsmi təklif irəli sürə bilər.

Omar Colley də bir çox klubun radarındadır. Xüsusilə Ərəbistan yarımadasındakı komandaların təcrübəli müdafiəçini transfer etmək istədiyi xəbərlər arasındadır.