Beşiktaşda “Jean Onana”nın sürpriz inkişafı

Bakı, 7 avqust, Sporaz.tv

Ötən mövsüm “Beşiktaş”a keçən, lakin gözlənilən performansı ala bilmədiyi üçün icarəyə göndərilən “Jean Onana“(Jan Onana)nın “ağ-qaralar”da gələcəyi formalaşır.

Sporaz.tv məlumat verir ki, Beşiktaşın ötən mövsüm 4 milyon avroluq transfer qarşılığında “Lens”dən heyətinə qatdığı Jean Onana, mövsümün ikinci yarısında gözlənilən performansı göstərə bilməyincə “Marsilya”(Marsel)a icarəyə göndərilib.

Mövsümün sonunda “Beşiktaş”a qayıdan Onana, hazırlıq düşərgəsindəki çıxışı ilə yenidən populyarlıq qazanmağı bacarıb.

“Beşiktaş”ın “Galatasaray”a 5:0 hesabı ilə qalib gəldiyi Superkubok matçında həm gücü, həm də sürəti ilə yüksək qiymətləndirilən kamerunlu yarımmüdafiəçinin şansı olub.

24 yaşlı futbolçunun komandada qalma şansının artdığı öyrənilib.

“Beşiktaş”ın prezidenti Həsən Arat, “Galatasaray” matçından sonra verdiyi açıqlamada: “Beşiktaş bu gün “Onana”nı da qazandı. Onu transfer olaraq hesab edin”-deyib.