“Beşiktaş”da iki ayrılıq birdən

Bakı, 30 iyul, Sporaz.tv

Beşiktaş“ın heyətində yer almayan futbolçular Onur BulutTayfur Bingöl yeni komandaları ilə müqavilə bağlayır.

Sporaz.tv xəbər verir ki, transfer dönəmində heyətinə keyfiyyətli futbolçular cəlb edərək heyətini gücləndirən “Beşiktaş”la vidalaşma vaxtıdır.

“Beşiktaş” Onur Bulut və Tayfur Bigöllə vidalaşıb. “Başakşehir”in təklifini qəbul edən Onur Bulut “ağ-qara” forma ilə 50 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər tərəfdən, “Beşiktaş”ın yollarını ayıracağı digər ad Tayfur Bingöldür. O, “Eyüpspor”la anlaşmağa yaxındır. 31 yaşlı futbolçu “Beşiktaş”ın heyətində 46 oyun keçirib. Bingöl bu matçlarda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bahar Rüstəm