“Beşiktaş”da heyət quruluşu

Bakı, 25 iyun, Sporaz.tv

Beşiktaş” Vincent Aboubakarla yollarını ayıra bilər. İdarə heyətinin müşaviri Brad Friedel, bu transfer üçün Amerikada əlaqə qurur.

Sporaz.tv xəbər verir ki, Gabriel Paulista ilə ilk transferini reallaşdıran “Beşiktaş” axtarışlarını davam etdirir. Ağ-qara komandadan ayrılacaq adlar da gələcək oyunçular qədər maraq doğurur. Həmin oyunçulardan biri də Vincent Abubakardır.

Amerika Kubokunda futbolçuları izləyən “Beşiktaş”ın idarə heyətinin müşaviri Bred Fridel komandadan ayrılacaq futbolçular üçün təmaslarını davam etdirir. Fridel Vincent Abubakarın transferi üçün Amerika liqasının klub nümayəndələri ilə danışıqlar aparır.

Bu ayrılıq “Beşiktaş”ın hücumçu transferi üçün kritik əhəmiyyət kəsb edir. Rəhbərlik ən qısa zamanda kamerunlu futbolçu ilə yollarını ayırmağı və yeni hücumçu üçün büdcə açmağı qarşısına məqsəd qoyub.