“Beşiktaş”da gündəm yenidən Steven Berghuis

Bakı, 16 iyul, Sporaz.tv

Ciro Immobile ilə hücum xəttini gücləndirən “Beşiktaş“, Steven Berghuisi də heyətinə qatmaq istəyir. “Qara-ağlar” “Ajax“la danışıqları davam etdirir.

Sporaz.tv xəbər verir ki, Giovanni van Brockhorstun rəhbərliyi altında yeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirən “Beşiktaş” cinah transferi üçün yenidən Steven Berghuisi gündəmə gətirib.

Bildirilib ki, “Ajax”la 1 illik müqaviləsi qalan 32 yaşlı futbolçu üçün iki klub arasında danışıqlar önəmli həddə çatıb.

“Beşiktaş”ın yeni baş məşqçisi Giovanni van Brockhorst, “Feyenoord”da Steven Berghuis ilə birlikdə çalışıb.

2016-cı ildə icarə mövsümündən sonra hollandiyalı futbolçu, “Feyenoord”a transfer olunub. Berghuis 2021-ci ilə qədər Feyenoord formasını geyinib.

Futbolçu karyerasında bir dəfə Hollandiyadan kənarda çıxış edən və “Watford”da oynayan təcrübəli futbolçu “Tvente”, AZ Alkmaar, VVV Venlo kimi klublarda da çıxış edib.

Stiven Berquis əvvəlki mövsümdə “Ajax” forması ilə 29 oyun keçirib.

32 yaşlı futbolçu, bu matçlarda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.