“Beşiktaş”da daha bir ayrılıq

Bakı, 12 avqust, Sporaz.tv

Beşiktaş” 25 yaşlı ispan müdafiəçi Francisco Montero ilə yollarını ayırdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Monteronun Beşiktaşdakı müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ağ-qara klubunun açıqlaması belədi:

“Peşəkar futbolçumuz Francisco Montero ilə müqaviləmizə qarşılıqlı razılaşma əsasında xitam verdik. Francisco Monteroya gələcək karyerasında uğurlar arzulayırıq və bunu ictimaiyyətə təqdim edirik”.

2020-ci ildə “Atletico Madrid”dən icarəyə götürülən və növbəti mövsüm transfer xidməti alan Montero “Beşiktaş”da 46 matçda forma geyinib və ağ-qaralar üçün 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı müdafiəçi 2022-2023 mövsümünün ikinci yarısında “Hamburg”a, 2023-2024 mövsümündə isə “Arouca”ya icarəyə göndərilib.

Bahar Rüstəm