“Beşiktaş”da baş məşqçiliyə 4 namizəd

Bakı,31 may,Sporaz.tv

Beşiktaş” Rəhbərliyinin məşqçi axtarışları çərçivəsində birbaşa olaraq 4 namizədlə əlaqə saxladığı və namizədlərdən müsbət cavab aldığı iddia edildi. Hoca ilə bağlı son sözü prezident Hasan Arat deyəcək.

Sporaz.tv xəbər verir ki, məşqçi axtarışlarını davam etdirən” Beşiktaş”da 4 namizədlə birbaşa əlaqə qurulduğu iddia edilib.

Fasilə zamanı gündəmə gələn Bruno Genesio ilə yanaşı,” ağ-qaralar” Slaven Bilic, Razvan LucescuNuri Şahinlə də görüşlər keçirib. Müəyyən edilib ki, hər dörd məşqçi ilə geniş görüş keçirilib. Boş qalan Genesionun “qara qartal”a gəlməsinə müsbət yanaşdığı, Səudiyyə Ərəbistanının “Al Fateh” komandası ilə daha bir il müqaviləsi olan Bilicin də təklifə müsbət yanaşdığı qeyd edilib.


PAOK“u çempion edən Razvan Lucescu və “Borussia Dortmund“da köməkçi məşqçi vəzifəsində çalışan Nuri Şahin də “Beşiktaş”a gəlmək istəyir. Rəhbərliyin qərar mərhələsində olduğu və yeni məşqçinin 2 həftə ərzində açıqlana biləcəyi bildirilib. Yekun qərarın prezident Hasan Arat tərəfindən veriləcəyi də vurğulanıb.

Bahar Rüstəm