Beşiktaşda ayrılıq iddiası

Bakı, 24 iyun, Sporaz.tv

Beşiktaş“ın qapıçısı Ersin Destanoğlunun “ağ-qara” menecerlərlə görüşərək komandadan ayrılmaq üçün icazə istədiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki,  ötən mövsüm “Beşiktaş”da Mert Günokun arxasınca ehtiyat oyunçu kimi çıxış edən Ersin Destanoğlunun “ağ-qaralar”da gələcəyi ilə bağlı mühüm qərar vermə prosesində olduğu iddia edilib.


“Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorstun yeni mövsümdə qapıçını Mertə təhvil verəcəyini bildirdiyi və Ersinin ayrılma istəyini bu səbəbdən rəhbərliyə çatdırdığı iddia edilib.


Davamlı oynamaq istədiyini bildirən 23 yaşlı qolkiper “Təkliflər var, onları qiymətləndirmək istəyirəm. Satılmasam belə, icarə əsasında getməyi üçün anlayışınızı gözləyirəm” dediyi iddia edilib.


Ersin Destanoğlu ötən mövsüm 14 matçda meydana çıxıb və 20 qol buraxıb. 1144 dəqiqə meydanda qalan Ersin 5 matçda qapını qoldan xilas edə bilib.

Bahar Rüstəm