“Beşiktaş”da Aboubakar böhranı: Ayrılmaq üçün yalnız bir şərti var

Bakı,29 may,Sporaz.tv

Yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən “Beşiktaş“-da, işlər bütün sürəti ilə davam edir.

Sporaz.tv xəbər verir ki,“Beşiktaş”da gələcək futbolçularla yanaşı, gedəcək futbolçular da böyük maraq doğursa da, gedəcəklər siyahısında ilk sırada olan Vincent Abubakar problemlər yarada bilər.

Superliqada gözləntiləri qarşılaya bilməyən “Beşiktaş” ,Türkiyə kubokunu qazanaraq yaxşı finala imza atıb.

“Qara-ağlar” yeni mövsümdə çempionluq uğrunda mübarizə aparacaq iddialı komanda formalaşdırmağa hazırlaşır və ən qısa zamanda bəzi futbolçularla yollarını ayırmağı planlaşdırır.Beşiktaşda bu adlardan biri də Vincent Abubakardır.

Beşiktaş Abubakarı 3-4 milyon avro aralığında bir rəqəmə satmağa çalışır. Ancaq, “Beşiktaş”la daha bir il müqaviləsi olan kamerunlu hücumçu ilə yollarını ayırmaq asan olmaya bilər.

“Beşiktaş”da 3 milyon 150 min avro qazanan Abubakar bu rəqəmi qarşılaya bilməyən kluba getmək istəmir.

Bildirilib ki, bu rəqəmə cavab verən klubdan təklif gəlməsə, Abobuakar klubdan ayrılmamaq üçün problem çıxara bilər. Belə olan halda rəhbərliyin yeni məşqçinin Abobuakar üçün verəcəyi qərara əsasən yol xəritəsini cızacağı bildirilib.