Beşiktaşda 9 futbolçunun bileti kəsilib

Bakı, 1 iyul, Sporaz.tv

Yeni mövsüm üçün heyətini planlamağa davam edən “Beşiktaş“dan 9 futbolçu kənarlaşdırılıb. Sözügedən futbolçularla bağlı yekun qərar baş məşqçi Giovanni van Bronckhorstun öhdəsinə buraxılıb.

Ötən mövsüm Super Liqada gözləntilərin altında qalan, lakin Türkiyə Kubokunu qazanan “Beşiktaş” 2024-25 mövsümü üçün transfer cəhdlərini davam etdirir.

“Qara-ağlar” da komandadan ayrılacaq adlar üzərində çox çalışır.

Paulista Rafa Silvanın transferindən sonra heyətində əcnəbilərin sayı 18-ə yüksələn “Beşiktaş” ən azı 6 futbolçusu ilə yollarını ayırmalı olub.

Sporaz.tv xəbər verir ki, Beşiktaşda qurban gedən əcnəbi futbolçular belədir:

Valentin Rosier, Jean Onana, Javi Montero, Ajdin Hasic, Vincent Aboubakar, Daniel Amartey, Ante Rebic, Omar Colley, Arthur Masuaku.

Xəbərdə sözügedən 9 futbolçu ilə bağlı yekun qərarı baş məşqçi Giovanni van Bronckhorst verəcəyi bildirilib.