“Beşiktaş”da 7 nəfərin biletləri kəsilib

Bakı,15 May,Sporaz.tv

Yeni mövsüm öncəsi “Beşiktaş“ın heyətində böyük dəyişiklik gözlənilir. “Qara-ağlar” 7 futbolçu ilə ayrılmaq qərarına gəlib. “Beşiktaş” skaut komandasının transfer siyahısında 30-a yaxın futbolçu olduğu halda, bu adlar arasında 5-9 transferin ediləcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki, Bu mövsüm Super Liqada gözləntilərdən aşağı düşən “Beşiktaş” Ziraat Türkiyə Kubokunun finalında “Trabzonspor”u məğlub edib, mövsümü kubokla bağlamaq istəyir.

“Beşiktaş” rəhbərliyi isə qarşıdakı mövsümdə iddialı bir heyətlə çempionluq yarışında olmaq istəyən “Beşiktaş”, 7 futbolçu ilə ayrılmağa qərar verdi. “Beşiktaş”, Rachid Ghezzal, Joe Worrall, Valentin Rosier, Jean Onana, Ajdin Hasic, Javi MonteroBadra Cisse ilə vidalaşmağı planlaşdırır. 2024-25 mövsümü üçün “Beşiktaş”da skaut siyahısında təxminən 30 futbolçu var. Şərtlərdən asılı olaraq 5 ilə 9 futboçu ilə vidalaşacaq.

Bahar Rüstəm