“Beşiktaş”da 4:0 hesabı ilə məğlubiyyətin cəzası veriləcək

Bakı, 28 sentyabr, Sporaz.tv

UEFA Avropa Liqasında “Beşiktaş“ın “Ajax“ın qonağı olduğu və 4:0 hesabı ilə uduzduğu matçda ilk 11-də yer alan Jean Onananın gözlənildiyi kimi çıxış edə bilməyəcəyi və yanvarda komandadan qovulacağı iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasında yeni mövsümdə ilk məğlubiyyətini qonağı olan “Ajax”a görə alan “Beşiktaş”ın günahı kamerunlu yarımmüdafiəçi Jean Onana atdığı iddia edilib.

Onana ötən mövsümün sonunda satış siyahısında idi, lakin təlim-məşq toplanışında məşq etdikdən sonra məşqçi Van Bronckhorstun rəğbətini qazana bildi və komandada qaldı.

Lakin kamerunlu futbolçu digər yarımmüdafiəçilər Cher Ndour və Salih Uçandan daha çox oyun şansı əldə etsə də, bundan yararlana bilməyib.

Başlanğıc 11-likdə oynamaq şansı demək olar ki, olmayan Onananın yanvarda ağ-qara komandadan göndəriləcəyi gözlənilir.

Bahar Rüstəm

Leave a Reply