“Beşiktaş”da 22 ayrılıq

Bakı, 17 avqust, Sporaz.tv

Prezident Hasan Aratın rəhbərliyi altında “Beşiktaş” futbol komandasından 22 gediş olub.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” bu yay transfer dövründə heyətində dəyişiklik etdi. Komandaya töhfə verməyəcəyi düşünülən 22 futbolçu ilə yollar ayrıldı.

“Ağ-qaralar”ın heyətində 22 futbolçu ilə ayrılıq olsa da, göndərilmək istəyən daha bir neçə futbolçu var. Daniel Amartey, ötən mövsüm transfer edilən Zaynutdinov və baha başa gəldiyinə görə heyətə düşməyən Vincent Aboubakarla yolları ayırmaq üçün səylər davam edir.

“Beşiktaş” ayrıldığı futbolçulardan transfer gəliri əldə edə bilməyib. “Ağ-qaralar” 7 futbolçunun müqaviləsini pozduğu halda, 11 futbolçunu icarəyə göndərib, 3 futbolçunun müqaviləsini uzatmayıb.

Hadziahmetovic, Tayfur, Emrecan Uzunhan, Aytuğ, Ahmet, Emrecan Bulut, Abdülmecid, Halil, Bilal, Necati, Kerem Atakan Kesgin icarəyə göndərilib.

Rosier, Rebic, Hasic, Montero, Umut, Erdoğan, Gudjulfinin müqavilələrinə xitam verilib.

“Beşiktaş”a rekord məbləğdə transfer qazandıran Cenk Tosun və Rachid Ghezzalın müqavilələri yenilənməyib. Gökhan İnler futbolu tərk etdi.

Bahar Rüstəm