Bakı, 9 oktyabr, Sporaz.tv
“Beşiktaş“-da ara transfer dövrü üçün işlərə başlanılıb. Qara-ağların 2 futbolçu ilə yollarını ayırmaq qərarına gəldiyi iddia edilib.
Sporaz.tv məlumat verir ki, rotasyon problemi olan “Beşiktaş”-da artıq ara transfer cəhdlərinə start verilib. 2 futbolçu ilə yollarını ayırmaq qərarına gələn qara-ağlar, cinah oyunçuları/hücumçular və gənc, yerli futbolçular axtarır.
“Beşiktaş”, ara transfer dövründə Oxlade-Chamberlain və Onana ilə yollarını ayırmağı planlaşdırır.
İmmobile və Masuakuya alternativi olmayan, cinahlarda rotasiya problemi olan “Beşiktaş”, transferdə bu bölgələrə üstünlük verəcək.
Transferə məsul olan Samet Aybaba və Feyyaz Uçarın ara transfer dövründə cinah/hücum və sol cinah mövqelərini gücləndirmək istəyən “Beşiktaş”-da çalışmağa başladığı bildirilib.
Bildirilib ki, “ağ-qaralar” ara transfer dövründə vaxt itirmədən bu bölgələrin transferini cəld hərəkətə keçirib başa çatdırmaq istəyir.