“Beşiktaş”a sürpriz təklif

Bakı, 5 sentyabr, Sporaz.tv

Avropada transferin son günlərində “Beşiktaş“, Gedson Fernandes üçün Fransadan sürpriz təklif alıb. Lakin “ağ-qaralar” Avropadakı rəqibinə ən güclü silahlarından birini itirmək istəmədikləri üçün bu təkliflə qətiyyən maraqlanmayıb.

Sporaz.tv xəbər verir ki, mövsümə yaxşı başlayan “Beşiktaş”da göstərdiyi performansla seçilən adlar arasında Gedson Fernandes də var. Transfer dövründə adı “Zenit”lə hallanan futbolçuya Fransadan da təklif gəldiyi bildirilib.

Fransız mətbuatında çıxan xəbərə görə, Avropa transfer pəncərəsinin bağlanmasına saatlar qalmış Gedson Fernandes ilə “Lyon” maraqlanırdı.

Bununla belə, “Beşiktaş”, UEFA Avropa Liqasında rəqibinə uduzmaq istəmədiyi üçün, Gedson Fernandesin transferi bağlı bazarlıq etməyəcək.

Gedson Fernandes bu mövsüm “Beşiktaş”ın heyətində 6 oyun keçirib. Portuqaliyalı futbolçu bu matçlarda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm