Bakı, 14 noyabr, Sporaz.tv
“Beşiktaş“-ın son 4 matçında 3 qol vuran Ernest Muçinin, Albaniya Millisinin məşqi zamanı zədələndiyi bildirilib.
Sporaz.tv məlumat verir ki, UEFA Millətlər B Liqasının 1-ci qrupunda şənbə günü Çexiyanı qəbul edəcək Albaniya milli komandasının futbolçusu, Ernest Muçinin dünənki məşqdə zədələndiyi öyrənilib.
Məşqdə 2-3 oyunçuya driblinq etdikdən sonra sağ ayağı ilə sərt zərbə alan Muçi, dəstək ayağını yerə qoya bilməyib və birbaşa yerə yıxılıb.
Yerdən qalxa bilməyən 23 yaşlı futbolçuya həkim qruplarının müdaxilə etdiyi bildirilib.
Müalicəsindən sonra ayılan alban futbolçunun bir müddət özünü sınadığı, lakin davam edə bilməyəcəyini anlayınca məşqi yarımçıq qoyduğu qeyd edilib.
Həkimlər komitəsi lazımi qiymətləndirməni etdikdən sonra Ernest Muçinin Çexiya matçında iştirak edib-etməyəcəyi bəlli olacaq.