“Beşiktaş”a dünya çempionu ulduz

Bakı, 23 iyul, Sporaz.tv

Transfer dönəmində heyətinə qatdığı adlarla adından söz etdirən “Beşiktaş“da sürpriz ad gündəmə gəlib. Masuaku ilə yollarını ayırmağı planlaşdıran rəhbərliyin Argentina millisi ilə dünya çempionu olan “Lion“un sol cinah müdafiəçisi Nikolas Tagliafico üçün hərəkətə keçdiyi iddia edilir.

Sporaz.tv xəbər verir ki, yeni mövsümdə heyətində keyfiyyətlə çempionluğa mütləq namizədlərdən biri olmağı hədəfləyən “Beşiktaş”ın gündəmində sol cinah müdafiəçisi transferi var.

“Qara-ağlar” “Lion”da çıxış edən Nikolas Tagliafikonu gündəmə gətirib.

Masuaku ilə yollarını ayırmağı planlaşdıran “Beşiktaş” sol cinah müdafiəçisini təcrübəli müdafiəçi ilə doldurmaq istəyir.

Bazar dəyəri 8 milyon avro olan 31 yaşlı futbolçunun klubu ilə 1 illik müqaviləsi qalıb.

Tagliafico ötən mövsüm “Lion”da 31 oyun keçirib.

31 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm