“Beşiktaş”da derbini unutduracaq şad xəbərlər bir-birinin ardınca gəldi

Bakı, 31 oktyabr, Sporaz.tv

Galatasaray“a (Qalatasaray) 2:1 hesabı ilə uduzan “Beşiktaş”da əhval-ruhiyyəni yüksəldəcək inkişaflar baş verib. 3 zədəli futbolçudan qara-ağlara şad xəbər gəldi.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”da uzun müddətdir zədəli olan 3 futbolçu meydana qayıtmağa hazırlaşır.

Çıxan xəbərlərə əsasən, sol bud əzələsindəki zədəni sağaldan Raşica, şənbə günü oynanılacaq Kasımpaşa ilə matçda forma geyinəcək.

Kosovalı futbolçudan başqa “Beşiktaş”a daha bir şad xəbər Mert Günokdan gəlib.

Təcrübəli qapıçıcın zədəsini sağaltdığı və Kasımpaşa matçında iştirak edə biləcəyi bildirilib.

“Beşiktaş”ın yoxluğunu çox hiss etdiyi Qabriel Paulista da zədəsini sağaltdı.

Braziliyalı müdafiəçi Kasımpaşa matçında da meydana çıxa biləcək.