“Beşiktaş”a 2 futbolçudan bəd xəbər

Bakı, 6 avqust, Sporaz.tv

Samsunspor” matçı hazırlıqlarına başlayan Beşiktaşda, “Galatasaray “(Qalatasaray) derbisində topuğunu buran Gedson Fernandes və qasıq əzələsindən zədə alan Omar Colley, məşqə qatılmayıb.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasının ilk həftəsində avqustun 11-i bazar günü “Samsunspor”un qonağı olacaq “Beşiktaş“, 2 günlük məzuniyyətdən sonra hazırlıqlara başlayıb.

İlk yarım saatı mətbuat mənsublarına açıq olan məşqdə BJK Nevzat Demir, təsislərində baş məşqçi Giovanni van Bronckhorstun rəhbərliyi altında futbolçular, 3 qrupda 5-ə 2 top tutma və ötürmə məşqi etdi.

Məşqin mətbuata qapalı olan hissəsində taktikanın tətbiq olunduğu öyrənilib.

“Galatasaray ” matçında topuğunu buran Gedson Fernandes və qasıq əzələsindən zədə alan Omar Colley məşqə qatılmayıb. Müalicəsi davam edən Emrecan Terzi və Yakup Arda Kılıç məşqdə iştirak etməyib.

“Beşiktaş”, Samsunspor matçının hazırlıqlarını sabahkı məşqlə davam etdirəcək.