“Beşiktaş” “Dinamo Zagreb” ilə qarşılaşacaq

Bakı, 12 iyul, Sporaz.tv

Yeni mövsümün hazırlıqlarını Sloveniyanın Maribor şəhərində davam etdirən “Beşiktaş“, sabah Xorvatiya təmsilçisi “Dinamo Zagreb” ilə yoldaşlıq oyunu keçirəcək.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” Sloveniya düşərgəsində “Dinamo Zagreb” ilə qarşılaşacaq.

Qara-ağlar saat 19:30-da Lendava Stadionunda Xorvatiya komandası ilə üz-üzə gələcək.

İstanbulda “Ümraniyespor“la ilk yoldaşlıq görüşünü keçirən “Beşiktaş”, 0:0 hesablı heç-heçə edib.

Yeni baş məşqçisi Giovanni van Bronckhorstun rəhbərliyi altında ikinci matçına çıxacaq “Beşiktaş”, iyulun 17-də Shakhtar Donetsk (Şaxtyor Donetsk), 20-də isə “Grazer AK” ilə qarşılaşacaq.