Beşiktaş yenidən hərəkətə keçdi

Bakı, 7 avqust, Sporaz.tv

Beşiktaş“ın, “Kasımpaşa“nın 18 yaşlı futbolçusu Yasin Özcan üçün cəhdlərə yenidən başladığı iddia edilib. Beşiktaşın Kasımpaşaya pul və futbolçu təklifi etdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, transfer cəhdlərini davam etdirən “Beşiktaş”ın, “Kasımpaşa”nın gənc müdafiəçisi Yasin Özcana yenidən addım atdığı iddia edilib.

Ağ-qaralar komandanın məşqçisi Giovanni van Bronckhorstda trasferinə önəm verdiyi Yasin üçün ağ-göylü komandaya pul və oyunçu təklifi edildiyi öyrənilib.

Kasımpaşa idarəçilərinin baş məşqçi Sami Uğurlu ilə danışdıqdan sonra “Beşiktaş”a cavab verəcəkləri bildirilib.

18 yaşlı futbolçu, ötən mövsüm liqa və kubokda ümumilikdə 40 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.