Bakı, 15 noyabr, Sporaz.tv
Joao Marionun “Beşiktaş“-dakı çıxışı məyus oldu. “Qara-ağlar”ın, 2 milyon avroluq məcburi alış opsiyonu ilə təmin etdiyi portuqaliyalı futbolçu ilə Braziliya və Fransanın maraqlandığı iddia edilib.
Sporaz.tv məlumat verir ki, “Beşiktaş”-ın məcburi alış opsiyonu ilə “Benfica“-dan icarəyə götürdüyü Joao Mario, performansı ilə gözləntilərin də altına düşüb.
“Beşiktaş”-ın baş məşqçisi Giovanni Van Bronckhorstun israrına baxmayaraq, çıxışı ilə bəyənmə toplaya bilməyən Joao Marioya 2 talib var idi.
31 yaşlı futbolçuya Braziliya və Fransadan maraq var. Türkiyə qəzetində yer alan xəbərə görə, Joao Mario ilə “Flamengo” və “Rennes” klubları maraqlanırdı.
Joao Mario, bu mövsüm “Beşiktaş”-ın heyətində 11 matçda 688 dəqiqə meydanda olub. 31 yaşlı futbolçu bu matçlarda 1 məhsuldar ötürmə edib.