“Beşiktaş” yeni müdafiəçisini rəsmən açıqlayıb

Bakı, 27 avqust, Sporaz.tv

Beşiktaş” “Augsburg“un futbolçusu Felix Uduokhaini satın alma opsiyasıyla mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

Sporaz.tv xəbər verir ki, transfer cəhdlərini davam etdirən “Beşiktaş” heyətini “Augsburg”dan Felix Uduokhai ilə gücləndirib.

“Ağ-qara” klubdan verilən açıqlamada Felix Uduokhainin mövsümün sonuna qədər icarəyə götürüldüyü və müqavilədə satın alma opsiyasının olduğu bildirilib.

Giovanni van Bronckhorstun rəhbərliyi altında “Beşiktaş” cari mövsümdə 7-ci transferini həyata keçirib.

“Qara-ağlar” daha əvvəlEmirhan Topçu, Can Keleş, Rafa Silva, Gabriel Paulista, Ciro Immobile və Cher Ndourun transferini açıqlamışdı.

Futbol karyerasına “Aue”ninakademiyasında başlayan Felix Uduokhai “1860 Munich”, “Wolfsburg” ve “Augsburg”da çıxış edib.

Uduokhai karyerası ərzində 251 matçda 12 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Beşiktaş”ın saytında yer alan açıqlamada transferlə bağlı bu ifadələr yer alıb: “Augsburg” klubu ilə peşəkar futbolçu Felix Uduokhainin 2024-25 mövsümünün sonuna qədər opsiya ilə müvəqqəti transferi üçün razılıq əldə olunub. Felix Uduokhaiya şanlı formamızla uğurlar arzulayır və ictimaiyyətə təqdim edirik”.

Bahar Rüstəm