Bakı, 5 iyun, Sporaz.tv
“Beşiktaş” baş məşqçisi Giovanni van Bronckhorst’la 2+1 illik anlaşma əldə edildiyini açıqlayıb. Van Bronkhorstun köməkçilərinin Jan Pol van Qastel və Serdar Topraktepe olacağı bildirilib.
Sporaz.tv xəbər verir ki, ağ-qara klubdan verilən açıqlamada hollandiyalı çalışdırıcı ilə 2+1 illik müqavilə imzalandığı bildirilib.
Covanni van Bronkhorstun köməkçilərinin Jean Paul van Qastel və Serdar Topraktepe olacağı bildirildi və əlavə edildi: “Klubumuza mühüm xidmətlər göstərəcəyinə inandığımız Covanni van Bronkhorsta uğurlar arzulayır və ictimaiyyətə təqdim edirik”.
Beşiktaş Futbol AŞ-nin razılaşma ilə bağlı İctimaiyyəti Məlumatlandırma Platformasına etdiyi bildirişdə, “Peşəkar futbol komandamızın məşqçisi olaraq Giovanni van Bronckhorst ilə 2025-2026 mövsümünün sonuna qədər 1 illik müqavilə imzalanıb”.
Vüqar ALIŞOV