“Beşiktaş” üstünlüyünü qoruya bilmədi

Bakı,12 may,Sporaz.tv

Trendyol Super Liqasının XXXVI həftəsində “Beşiktaş” səfərdə “Korendon Alanyaspor”la 1:1 hesablı heç-heçə edib.

İLK YARIMIN ƏHƏMİYYƏTLİ ANLARI

Spoaz.tv xəbər verir ki, 24-cü dəqiqədə inkişaf edən Beşiktaş hücumunda Ferin cərimə meydançası xaricində müdaxiləsi nəticəsində Muçi yerdə qalıb. Cərimə zərbəsini yerinə yetirən Masuakunun zərbəsi eşikdən keçərək dirəyə dəyib çölə çıxdı.

29-cu dəqiqədə “Alanyaspor”un ortadan hücumunda Eduardo cərimə meydançasında topu Hvanqa ötürdü. Bu futbolçu qapının arasından çarpazdan zərbə endirəndə Mert Günok topu küncdən kənarlaşdırdı.

38-ci dəqiqədə “Alanyaspor”un sağ cinahdan inkişaf etdirdiyi hücumda Oğuz Aydının cərimə meydançasına göndərdiyi topa Hvanq dəysə də, top dövrə dirəyinin yanından çölə çıxdı.

Qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

Vüqar ALIŞOV