“Beşiktaş” üçün Muçi lotereyası: 15 milyon avro təklif

Bakı, 16 avqust, Sporaz.tv

Beşiktaş“ın alban futbolçusu Ernest Muçiyə İngiltərə və Səudiyyə Ərəbistanından təkliflər olduğu və transferin reallaşacağı təqdirdə ağ-qara klubun xəzinəsinə 15 milyon avronun girə biləcəyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorst tərəfindən ilk 11-likdə oynamaq şansı verilməyən Ernest Muçiyə İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanından transfer təklifləri aldığı iddia edilib.

Aston Villa“nın, Muçi üçün Beşiktaşın qapısını döyməyə hazırlaşdığı öyrənilib. İngiltərə klubunun bu transferi 15 milyon avroya başa vurmağı hədəflədiyi bildirilib.

Albaniyalı futbolçu, Varşavanın “Legia”sında çıxış edərkən Konfrans Liqasında “Aston Villa” ilə iki oyunda 3 qol vurub. İngiltərə komandasının Muçiyə olan marağı o vaxtdan da davam edir.

23 yaşlı yarımmüdafiəçiyə, Səudiyyə Ərəbistanı Liqasından da təklif gəldiyi bildirilib. Həm “Beşiktaş”ın, həm də Muçinin təklifləri dəyərləndirdiyi və bir neçə gün ərzində bununla bağlı mühüm irəliləyişlərin ola biləcəyi qeyd edilib.

Rafa Silvanın transferi ilə oyun şansları azalan alban ulduz, sonradan Superkubok finalında Galatasarayla oynanılan oyuna daxil olsa da, “Samsunspor”la matçda meydana çıxa bilməyib.

“Beşiktaş”ın ötən mövsüm fasilədə “Legia Varşova”dan 10 milyon avroya aldığı Ernest Muçi, ağ-qara forma ilə 17 matçda meydana çıxıb və 4 qol vurub.