Beşiktaş üçün daha bir Antony iddiası

Bakı, 31 iyul, Sporaz.tv

Bəzi mənbələr transfer cəhdlərini davam etdirən “Beşiktaş“ın “Manchester United“(Mançester Yunayted)in ulduzu “Antony “(Antoni) ilə maraqlandığını irəli sürüb. Bu iddia ilə bağlı yeni bir inkişaf var.

Sporaz.tv məlumat verir ki, hücum xəttinə etdiyi gücləndirmələrlə diqqət çəkən Beşiktaş üçün Antony iddiası ortaya atıldı.

Bəzi mənbələr “ağ-qaralar”ın “Manchester United”də çıxış edən Antonyni icarə əsasında heyətinə qatmaq istədiyini bildirib.

“Beşiktaş”ın Antony ilə heç bir marağı yoxdur.

“Beşiktaş”ın Antonyni transfer etmək üçün indiyədək heç bir cəhd etmədiyi bildirilib.

Xəbərdə “Manchester United”in hələ də Antony üçün təklif gözlədiyi də bildirilib.

Antony ötən mövsüm “Manchester United”in heyətində 38 matçda forma geyinib. Braziliyalı futbolçu bu matçlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.