“Beşiktaş” üçün Antoni Marsial iddiası

Bakı,31 may,Sporaz.tv

Manchester United “Mançester Yunayted”lə yollarını ayıran Antoni Marsialın adı “Beşiktaş“la hallanır. İddia olunurdu ki, Antoni Marsial transfer üçün tələsmir və təklifləri nəzərdən keçirir.

Sporaz.tv xəbər verir ki, transfer cəhdlərini davam etdirən “Beşiktaş”ın “Mançester Yunayted”lə yollarını ayıran Antoni Marsialı heyətinə qatmaq istədiyi iddia edilib.

Martialın iddiaçıları arasında Fransanın “Lion” və “Marsel” klubları ilə yanaşı, “Beşiktaş” da var.
28 yaşlı hücumçunu istəyənlər arasında Səudiyyə Ərəbistanı, MLS və Meksika komandalarının da olduğu bildirilib.

Transfer qiyməti olan fransalı hücumçunun yeni komandasını müəyyənləşdirməyə tələsməyəcəyi bildirilib.

Antoni Marsial ötən mövsüm Manchester United “Mançester Yunayted”in heyətində 19 oyun keçirib. 629 dəqiqə meydanda qalan Marsial komandasına 2 qol və 1 məhsuldar ötürmə verib.