“Beşiktaş” transfer komitəsi yaradır

Bakı, 26 aprel, Sporaz.tv

Beşiktaş” klubunda peşəkar futbol komandasına cavabdeh olan transfer komitəsinin yaradılması qərara alınıb.

Sporaz.tv  xəbər verir ki, Beşiktaş Klubu 2024-2025 futbol mövsümündə daha güclü komanda qurmaq, klub qaynaqlarından səmərəli istifadə etmək və futbolçuları lazımi mövqelərə transfer etmək üçün transfer komitəsi quracağını açıqlayıb.

Ağ-qara klubdan verilən açıqlamada, “2024-2025-ci il mövsümündə daha güclü komanda qurmaq, klub qaynaqlarından səmərəli istifadə etmək və lazımi mövqelərə lazımi oyunçuları transfer etmək üçün qurumun yaradılmasına qərar verilib. Professional futbolumuzla əlaqədar bütün daxili və xarici transferlər üçün səlahiyyətli bir transfer komitəsi var “.

Bildirilib ki, klubun vitse-prezidenti Hüseyn Yücelin sədrlik edəcəyi komitənin tərkibinə vitse-prezidentlər Mete Vardar və Onur Göçmez və idarə heyətinin üzvləri Kaan Şakul, Feyyaz Uçar və Burak Aslan daxil olacaq.

Vüqar Alışov