“Beşiktaş” stadionun tutumunu artırır

Bakı, 24 iyun, Sporaz.tv

Beşiktaş“da stadionun dam örtüyü və zəmin təmiri işləri davam edir. Ağ-qara komanda, tutumunu 42 min 590-dan 50 minə yüksəltmək üçün işlərini davam etdirir.

Sporaz.tv xəbər verri ki, Beşiktaşdakı Tüpraş stadionunun damında və zəminində təmir işləri davam edir.

Xüsusən də stadionun dam örtüyünün dəyişdirilməsi ilə bərabər səs akustikasında da dəyişiklik olacaq. Diqqət azarkeşlərin səsinin meydanda qalacağı sistemə yönəlib.
Beşiktaş rəhbərliyi qapı arxası tribunaların tutumunu artırmaq üçün nazirliyə etdiyi müraciətin nəticəsini gözləyir.

Klub, qapının arxasındakı tribunalarda xüsusi oturacaqlar qurmağı və bununla da tutumu ən azı 7 min nəfər artırmağı planlaşdırır. Mövcud tutumun 42 min 590-dan 50 minə çatdırılması hədəflənir.