“Beşiktaş” “Silva”nın qiymətini açıqlayıb

Bakı, 27 iyun, Sporaz.tv

BeşiktaşRafa Silvanın transferini İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Sporaz.tv məlumat verir ki, “Ağ-qaralar” 3 illik müqavilə imzaladığı portuqaliyalı futbolçuya illik 6 milyon avro zəmanət haqqı ödəyəcək.

“Beşiktaş” yeni mövsümdə heyət qurma işlərinə davam edir. “Qara-ağlar” son olaraq “Benfica”da forma geyən və onu İstanbula gətirən 31 yaşlı portuqaliyalı futbolçu Rafa Silva ilə anlaşdıqlarını və 3 illik müqavilə imzaladıqlarını açıqlayıb.

İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlamasında aşağıdakı ifadələr yer alıb:

“Peşəkar futbolçu Rafael Alexandre Fernandes Ferreira da Silvanın transferinə gəlincə, oyunçu ilə 2026-2027-ci il mövsümünün sonuna qədər, 1 iyul 2024-cü ildən qüvvəyə minən üç illik müqavilə imzalanıb. Oyunçuya zəmanət ödəniləcək. Hər mövsüm üçün 6 milyon Avro qonorar.”