“Beşiktaş” – “Samsunspor” matçı öncəsi iki futbolçu ilə bağlı qərar

Bakı, 7 avqust, Sporaz.tv

Samsunspor“la liqa matçının hazırlıqlarını davam etdirən “Beşiktaş“ın, baş məşqçi  Giovanni van Bronckhorst tərəfindən iki zədəli futbolçu ilə bağlı qərar verdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasında 2024-2025 mövsümünü avqustun 11-i bazar günü Samsunspor ilə qarşılaşma ilə açacaq Beşiktaş, səfər matçının hazırlıqlarını davam etdirir.

Galatasaray“(Qalatasaray)-la Superkubok matçında topuğunu buran Gedson Fernandes və qasıq əzələsindən zədə alan Omar Colley ağ-qara komandanın dünənki məşqində iştirak etməyib.

Hər iki futbolçu mövsümün Samsunda keçiriləcək ilk matçında meydana çıxa bilməyəcək.

“Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorstun, Gedson Fernandes və Omar Colleyni riskə atmaq istəmədiyi bildirilib.