“Beşiktaş” Rafa Silvanın qolları ilə qalib gəlib

Bakı, 27 iyul, Sporaz.tv

Superkubok hazırlıqlarını davam etdirən “Beşiktaş” “Gənclərbirliği“ni 2:0 hesabı ilə məğlub edib. “Ağ-qaralar”ın qollarına yeni transfer Rafa Silva imza atıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” Avstriyadan qayıtdıqdan sonra ikinci yoldaşlıq matçında “Gençlerbirliği” ilə qarşılaşıb.

Kocaeli Yıldız Enteqre Stadionunda keçirilən oyunda Beşiktaş 2:0 hesabı ilə qalib gəlib. 37 və 45+1 dəqiqələrdə Rafa Silva fərqlənib.

2024-2025 mövsümünün hazırlıqlarını davam etdirən “Beşiktaş” son yoldaşlıq matçını İstanbulda “Sakaryaspor”la keçirəcək.

Avqustun 3-də keçiriləcək Super Kubok matçına hazır olmaq istəyən Beşiktaş, 30 İyul Çərşənbə axşamı saat 18.00-da Nevzat Demir Təsislərində Sakaryasporu qəbul edəcək.

TOP 11
Beşiktaş: Ersin, Svensson, Paulista, Colley, Masuaku, Al Musrati, Gedson, Rafa Silva, Rashica, Semih, Immobile

Gençlerbirliği: Erhan, Alperen, Sinan, Fıratcan, Yasin, Mikail, Ensar, Buğra, Amilton, Metehan, Yatabare

BEŞİKTAŞ 2-0 GENÇLERBİLİĞİ
37′ Çiro İmmobilenin tək ötürməsindən topa nəzarət edən Rafa Silva “Beşiktaş”ı önə keçirən qolu vurdu.

45+1′ Masuakunun yerdən sərt ötürməsindən sonra Rafa Silva özünün və komandasının ikinci qolunu vurdu.

İkinci hissədə qapılara qol vurulmayıb. Qarşılaşmada “Beşiktaş” 2:0 hesabı ilə qalib gəlib.

Bahar Rüstəm