“Beşiktaş” qruplara vəsiqə qazanmağı bacardı

Bakı, 29 avqust, Sporaz.tv

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda İsveçrənin “Lugano” komandasına 5:1 hesabı ilə qalib gələn “Beşiktaş”, qruplara vəsiqə qazanıb.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Beşiktaş” İsveçrənin “Lugano” komandasını qəbul edib. Tüpraş Stadionunda keçirilən qarşılaşmada ağ-qara komanda 5-1 qalib gələrək qruplara vəsiqə qazanıb.

3-3 hesablı cavab görüşündə “Beşiktaş”ı önə çıxaran və qələbə qazandıran qolları 7-ci və 71-ci dəqiqələrdə Ciro Immobile, 65-ci dəqiqədə Gedson Fernandes, 70-ci dəqiqədə Rafa Silva və 90+2 dəqiqə-də Salih Uçan vurub. “Lugano”-nun yeganə qoluna 59-cu dəqiqədə Vladi sahib olub.

Qarşılaşmaya 2 qolla damğasını vuran Ciro İmmobile, ağ-qara komandanın qollarının sayını 6-ya çatdırıb. İtaliyalı ulduz, “Beşiktaş”ın heyətində 5 matçda forma geyinib.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək UEFA Avropa Liqasının püşkatma mərasimi, avqustun 30-u cümə günü saat 14:00-da başlayacaq.