“Beşiktaş”, Onananın transfer qiymətini müəyyən edib

Bakı, 29 iyul, Sporaz.tv

Beşiktaş“ın yollarını ayırmaq istədiyi Jean Onana ilə bağlı yeni hadisə yaşanıb. Qara-ağlar, Serie A və Liqa 1-dən bəzi komandaların maraq göstərdiyi futbolçunun transfer qiymətini müəyyənləşdirib.

Sporaz.tv məlumat verir ki, transfer dövründə imzaladığı futbolçularla diqqət çəkən “Beşiktaş”dan ayrılan ilk adlardan biri də Jean Onanadır.

“Qara-ağlar”, Kamerunlu futbolçu üçün Serie A və Liqa 1-dən gələn təklifləri dəyərləndirəcək.

Onananın transfer qiymətini də müəyyən edən “Beşiktaş”, 24 yaşlı futbolçu üçün 5 milyon avro civarında bir rəqəm gözləyir.

Ötən mövsümün bir hissəsini “Beşiktaş”da, digər hissəsini isə icarə əsasında “Marsilya“(Marsel)da keçirən Onana, 24 rəsmi oyuna çıxıb.

Onana bu matçlarda 841 dəqiqə meydanda olub ,1 qol vuraraq və 1 məhsuldar ötürmə edib.