“Beşiktaş” matçı öncəsi Kaua Santos müqavilə imzalayıb

Bakı, 9 oktyabr, Sporaz.tv

UEFA Avropa Liqasında “Beşiktaş” oyununa damğasını vuran “Eintracht Frankfurt”-un qapıçısı Kaua Santosla 2030-cu ilə qədər qüvvədə olan yeni müqavilə imzalanıb.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasında “Beşiktaş”-ın “Eintracht Frankfurt”-u qəbul etdiyi matçda etdiyi seyvlərlə matçı qabaqlayan qapıçı Kaua Santos yeni müqavilə imzalayıb.

“Eintracht Frankfurt”, Kaua Santos ilə 2030-cu ilə qədər qüvvədə olan Yeni Müqavilə imzalandığını açıqladı.

Mövzu ilə bağlı klubdan verilən açıqlamada: “Santos”-un müqaviləsinin daha əvvəl 30 iyun 2028-ci ildə başa çatması nəzərdə tutulurdusa, indi 2030-cu ilə qədər uzadıldığı bildirilib.”

21 yaşlı qolkiper, “Beşiktaş” matçında qapısına vurduğu 11 zərbədən 10-nu dəf edə bilib.