“Beşiktaş”-“Maccabi Tel-Aviv” matçı ilə bağlı UEFA-dan qərar

Bakı, 4 oktyabr, Sporaz.tv

UEFA Avropa Liqasında “Beşiktaş“- “Maccabi Tel Aviv” matçı İstanbulda oynanılmayacaq.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasında “Beşiktaş”-ın İstanbulda “Maccabi Tel-Aviv”-lə keçirməli olduğu matç neytral yerə köçürülüb.

UEFA-nın Türkiyə Futbol Federasiyası (TFF) ilə lazımi danışıqlar apararaq qərarını açıqladığı, TFF-nin rəsmi xəbərindən sonra ağ-qara klubun açıqlama verəcəyi bildirilib. Qarşılaşmanın keçiriləcəyi ölkə və stadion yaxın günlərdə açıqlanacaq.

Leave a Reply