“Beşiktaş” “Lugano” matçının dubl müəllifi Ciro İmmobile kimdir?

Bakı, 30 avqust, Sporaz.tv

Beşiktaş“da atdığı qollarla gündəmi zəbt edən Ciro İmmobile kimdir?

Həyatı

Ciro İmmobile, 20 fevral 1990 (34 yaş)-cı ildə İtaliyanın Torre Annunziata şəhərində dünyaya gəlib.1.85 boyundakı məhşur futbolçu, 2014-cü ilin may ayında uzun müddətdir sevgilisi olduğu Jessica Melena ilə evlənib və onların bu evlilikdən dörd övladı var.

Karyerası

İmmobile, karyerasına “Sorrento“da başlayıb. 2009-cu ildə Juventus (Yuventus) tərəfindən satın alınıb ​​və 2012-ci ildə Genuyaya köçməzdən əvvəl B Seriyasının üç klubuna (o cümlədən, ən yaxşı bombardir kimi liqa titulunu qazandığı Peskara) icarəyə verilib. Bu klubda bir mövsüm keçirdikdən sonra o, Juventusun rəqibi “Torino”ya transfer olunub və burada Serie A-nın bombardiri olaraq Capocannoniere mükafatını qazandı.

2014-cü ildə təxminən 18 milyon avroya Almaniyanın “Borussia Dortmund” klubuna transfer olunan Ciro, burada DFL-Superkubokunu qazanıb. Daha sonra o, 2015-ci ildə İspaniyanın “Sevilla” klubuna keçib. 2016-cı ildə icarə əsasında “Turin”ə qayıdıb və ardından həmin ilin iyulunda Lazio (Latsio)-ya satılıb.

O, 2024-cü ilin iyulunda Super Liqa komandalarından olan “Beşiktaş”a transfer olunub. Hazırda “Beşiktaş”ın 17 nömrəli formasıyla çıxış edir.

İmmobile, dünən “Beşiktaş”-la “Lugano” (5:1) komandaları arasında baş verən qarşılaşmada atdığı qollarla da adından söz etdirməyi bacarıb.

“Beşiktaş”ın italiyalı mərkəz hücumçusu Ciro İmmobile, “Lugano” ilə görüşdə vurduğu 2 qolla bu mövsüm qol sayını 6-ya çatdırıb. İmmobile, ağ-qara formada ilk Avropa qollarını “Lugano” qapısına vurmaqla başlayıb.

“Qara-ağlar”ın təcrübəli hücumçusu Çiro İmmobile, 7 və 71-ci dəqiqələrdə vurduğu qollarla qələbədə böyük pay sahibi olub.

Ümumilikdə italyan futbolçu, “Beşiktaş” forması ilə 5 matçda 6 qola imza atıb.