Beşiktaş kubokun finalını oynamaq istədiyi stadionu açıqlayıb

Bakı,11 may,Sporaz.tv

Beşiktaş“ın prezidenti Hasan Arat Ziraat Türkiyə Kubokunun finalını Atatürk Olimpiya Stadionunda “Trabzonspor“la oynamaq istədiklərini bildirib.

Sporaz.tv məlumat verir ki, “ağ-qaralar” klubunun Nizamnaməsinə Dəyişiklik ilə bağlı Fövqəladə Baş Assambleyası üçün Tüpraş Stadionunda olan Hasan Arat mətbuat mənsublarının gündəmlə bağlı suallarını cavablandırıb. Prezident Arat sualına cavab olaraq “Türkiyə kubokunun finalını Atatürk Olimpiya Stadionunda oynamaq istəyirik” deyib.

Tüpraş Stadionunda mətbuata açıqlama verən Arat, “Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi dünən mənə zəng edərək (Türkiyə kubokunun finalı ilə bağlı) soruşdu: “Nə düşünürsən?” “Trabzonspor Klubunun prezidenti Ərtoğrul Doğanla görüşməyimizin daha faydalı olacağını düşündüm. Ərtoğrul Doğan çox önəmli bir prezident və sözünün üstündə duran bir insandır. Onunla bir masa arxasında oturub söhbət etmək yaxşı haldır. Atatürk Olimpiya Stadionu haqqında danışdılar. Atatürk Olimpiya Stadionu milli bir stadiondur. Beşiktaş artıq bu təklifi verəcəkdi” dedi.

Finalın centilmentliklə keçiriləcəyini bildirən Arat, “Bu Ziraat Türkiyə Kubokunun finalını keçən il Çempionlar Liqasının finalının oynanıldığı bir stadionda oynaması Türkiyəyə yaraşar. Xalqımız buna sevinər. Biz də ev sahibliyi edəcəyik. Trabzonlular bu gözəl finala ən yaxşı şəkildə maraq göstərəcəklər. Orada bir az məşq etməliyik, düşünürəm ki, federasiya bu məsələyə dostluq edəcək” deyib.

Bahar Rüstəm