“Beşiktaş” kitabı bağlayır

Bakı, 20 avqust, Sporaz.tv

Beşiktaş“da forma yarışmasında geridə qalan Jackson Mulekanın komandadan ayrılması an məsələsidir. Konqolu futbolçunun yeni istiqaməti Səudiyyə Ərəbistanıdır.

Sporaz.tv məlumat verir ki, Superkubok matçında oynaya bilməyən, “Samsunspor“la ilk 11-də şansı olan, ancaq “Antalyapspor”la qarşılaşmada heyətə düşməyən Muleka üçün “Beşiktaş” kitabı bağlanır.

Bir müddətdir Səudiyyə Ərəbistanının “Al-Kholood” komandası ilə danışıqlar aparan Jackson Muleka, “Beşiktaş”dan ayrıla bilər.

Səudiyyə Ərəbistanı yığması Muleka üçün “Beşiktaş”a 3 milyon 350 min avro təklif edib. Mulekanın maliyyə şərtləri ilə razılaşacağı təqdirdə Al-Kholood ilə də müqavilə imzalaması gözlənilir.