“Beşiktaş” Joe Worrall ilə yollarını ayırıb

Bakı,28 may,Sporaz.tv

Ara transfer dövründə “Beşiktaş“ın “Nottingem Forest”dən icarəyə götürdüyü Joe Worrall, “ağ-qaralar”la vidalaşıb.

Sporaz.tv xəbər verir ki, İngilis müdafiəçi postu ilə “Beşiktaş”dan ayrıldığını açıqlayıb.

Beşiktaşla vida postunu paylaşan Joe Worrall, “Beşiktaş, təşəkkür edirəm, burada gözəl xatirələr yaşadım” deyib.

Joe Worrall bu mövsüm “Beşiktaş”ın heyətində 18 matçda forma geyinib. 27 yaşlı müdafiəçi bu matçlarda 1 dəfə qol sevinci yaşayıb.