“Beşiktaş”, italyan yarımmüdafiəçinin transferini başa çatdırıb

Bakı, 10 avqust, Sporaz.tv

Yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran “Beşiktaş“, gənc italyan futbolçunun transferini yekunlaşdırır. Oyunçu qanadı ilə hər məsələdə razılaşan Beşiktaş, PSG ilə son detalları müzakirə edir.

Sporaz.tv məlumat verir ki, yeni mövsümə çempionluq devizi ilə daxil olan və önəmli transferlər edən “Beşiktaş”, daha bir möhkəmləməyə hazırlaşır. Yarımmüdafiəyə transferi hədəfləyən “Beşiktaş”, Cher Ndouru transfer etməyə hazırlaşır.

“Beşiktaş”, Cher Ndour ilə hər məsələdə anlaşıb.

“Qara-ağlar”, 20 yaşlı yarımmüdafiəçinin transfer qiymətini əlində saxlayan PSG ilə yekun detalları müzakirə edir.

Beşiktaş, Fransa nəhəngi ilə əl sıxsa, Cher Ndour transferi rəsmiləşəcək.

PSG, 2023-24 mövsümünün əvvəlində Benficadan heyətinə qatdığı Cher Ndouru fasilədə Bragaya icarəyə verib.

Ötən mövsüm PSG və Bragada ümumilikdə 15 matça çıxan və 399 dəqiqə meydanda olan Cher Ndour 2 qola töhfə verib.