Beşiktaş, İspaniyadan talibi olan Emirhana təklifini artırıb

Bakı, 26 iyul, Sporaz.tv

Beşiktaş“, “Çaykur Rizespor“da çıxış edən Emirhan Topçuya israr etməkdə davam edir. İspaniyanın “Las Palmas” klubu ilə də maraqlanan 23 yaşlı futbolçu üçün “ağ-qaralar” təklifini artırıb.

Sporaz.tv xəbər verir ki, transfer cəhdlərini davam etdirən “Beşiktaş” “Çaykur Rizespor”dan Emirhan Topçu ilə maraqlanmağa davam edir. Qara-ağların 23 yaşlı müdafiəçi üçün “Çaykur Rizespor”a yeni təklif etdiyi iddia edilib.

Emirhan Topçu üçün 5-6 milyon avro istəyən “Beşiktaş”ın “Çaykur Rizespor”a ilk təklifi az olub. Qara-ağların bu dəfə Emirhan Topçu , Hasic və Kartal Kayra üçün 2,5 milyon avro təklif etdiyi bildirilib. Tərəflər arasında danışıqların davam etdiyi müddətdə, “Beşiktaş”da oynamağa razı olan Emirhan Topçunun transferinə köməklik göstərməsi üçün “Çaykur Rizespor”dan rahatlıq tələb olunduğu bildirildi.

Emirhan Topçu ötən mövsüm “Çaykur Rizespor”da 32 oyun keçirib. 23 yaşlı futbolçu bu matçlarda 1 qol və 4 məhsuldar ötürmə ilə 2793 dəqiqə meydanda qalıb.