Beşiktaş, Haller dəftərini yenidən açdı

Bakı, 24 iyul, Sporaz.tv

Beşiktaş“ın Sebastian Hallerə qarşı inadkarlığı davam edir. Qara-ağların, hücumçu üçün yeni təkliflə “Borussia Dortmund“un qapısını döyəcəyi gözlənilir.

Sporaz.tv məlumat verir ki, transfer dövrünün sürətli komandalarından olan “Beşiktaş”da “Ciro İmmobile“dən sonra hücum xəttini gücləndirmək üçün yeni gedişlər gözlənilir.

Bir müddətdir Sebastian Hallerin adlarını yan-yana keçirən “Beşiktaş”ın futbolçunu heyətinə qatmaqda inadkar olduğu bildirilib.

Haller üçün yenidən hücuma keçən Beşiktaş, “Borussia Dortmund”a alış opsiyonu ilə icarə təklifi verməyə hazırlaşır.

Haller ötən mövsüm Dortmund Borussiyasında 19 oyun keçirib.

30 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.