“Beşiktaş” Giovanni van Bronckhorstla razılaşdı

Bakı, 5 iyun, Sporaz.tv

Məşqçi axtarışlarını davam etdirən “Beşiktaş“a namizədlərdən biri də Giovanni van Bronckhorst olub. “Qara-ağlar”ın hər məsələdə Giovanni van Bronckhorstla razılaşdığı və hollandiyalı çalışdırıcı ilə imza mərhələsinə gəlindiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, Fernando Santosla yollarını ayırdıqdan sonra məşqçi axtarışına başlayan “Beşiktaş”ın gündəmində bir çox ad var idi.

Nəhayət, Mauricio Pochettino və Xavi Hernandezin adları gündəmə gətirilsə də, iki məşqçinin yüksək xərclərindən sonra diqqətin Giovanni van Bronckhorstyönəldiyi iddia edilib. “Beşiktaş” Giovanni van Bronckhorsta bütün məsələlərdə razılığa gəlib. 49 yaşlı hollandiyalı çalışdırıcı ilə imzalanma mərhələsinə çatıb.

Prezident Həsən Aratın son qərarı ilə “Beşiktaş”ın rəhbəri Giovanni van Bronckhorst olacaq. Sonuncu dəfə “Rangers”i çalışdırmış Giovanni van Bronckhorst 21 noyabr 2022-ci ildən klubsuzdur.

“Rangers”lə ümumilikdə 68 oyun keçirən 49 yaşlı çalışdırıcı Şotlandiya yığmasının heyətində hər oyuna orta hesabla 2,01 xal toplayıb. Giovanni van Bronckhorst “Rangers” ilə 2021-22 mövsümündə Şotlandiya Kuboku çempionluğunu qazandı.

Bahar Rüstəm