Bakı, 18 oktyabr, Sporaz.tv
“Beşiktaş” Futbol Komandaları baş koordinator müşaviri Emrah Bayraktar, ağlı-qaralı klubla yollarını ayırıb.
Sporaz.tv məlumat verir ki, Bayraktarın gedişi ilə bağlı “Beşiktaş”ın rəsmi saytında verilən açıqlama belədir:
“Klubumuzda Futbol Komandalarının Baş Koordinator Məsləhətçisi vəzifəsini icra edən Emrah Bayraktar, qarşıdakı müddətdə Türkiyə Futbol Federasiyasında xidmət edəcək.”
“Emrah Bayraktara klubumuza xidmətlərinə görə təşəkkür edir və Türkiyə Futbol Federasiyasındakı yeni vəzifəsində ona uğurlar arzulayırıq”.
Emrah Bayraktar, Türkiyə Futbol Federasiyasının Futbol İnkişafı Direktoru vəzifəsində çalışacaq.