“Beşiktaş” Emirhan Topçu üçün çalışır

Bakı, 24 iyul, Sporaz.tv

Rizespor“dan 23 yaşlı Emirhan Topçunu gündəmə gətirən “Beşiktaş“ın 4 milyon avroluq təklif etdiyi iddia edilib. Qara dəniz komandasının 6 milyon avro istədiyi bildirilir.

Sporaz.tv xəbər verir ki, Transfer səylərini davam etdirən “Beşiktaş” müdafiə xəttini gücləndirmək istəyir. Bu baxımdan “qara-ağlar”ın “Rizespor”dan Emirhan Topçu ilə maraqlandığı bildirilib.

“Beşiktaş” Emirhan Topçu üçün “Rizəspor”a 4 milyon avro təklif edib. Qara dəniz komandası 23 yaşlı müdafiəçi üçün 6 milyon avro istəyir.

Ötən mövsüm “Rizespor”la 32 matça çıxan Emirhan Topçu 2792 dəqiqə meydanda olub, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bahar Rüstəm