“Beşiktaş” Ciro Immobile üçün Romada

Bakı, 11 iyul, Sporaz.tv

Lazio”nun hücumçusu Ciro Immobileni transfer etmək üçün son mərhələdə olan “Beşiktaş” idarəçilərinin ulduz hücumçunu almaq üçün Romaya getdiyi iddia edilib. İtaliya mətbuatı Ciro Immobilenin “Beşiktaş”dan alacağı illik qonorarı və “Lazio”ya ödəniləcək transfer haqqını da açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Mərkəz hücumçusu axtarışlarını davam etdirən “Beşiktaş”ın “Lazio”nun hücumçusu Ciro Immobileni transfer etmək üçün son mərhələdə olan “Beşiktaş” idarəçilərinin ulduz hücumçunu almaq üçün Romaya getdiyi iddia edilib. İtaliya mətbuatı Ciro Immobilenin “Beşiktaş”dan alacağı illik qonorarı və “Lazio”ya ödəniləcək transfer haqqını da açıqlayıb.

“Ağ-qaralar”ın rəsmiləri Ciro Immobile ilə müqavilə imzalamaq üçün Romadadırlar. 34 yaşlı hücumçunun “Beşiktaş”la anlaşdığı və “Lazio” ilə yollarını ayıracağı bildirilib.

Ciro Immobile ilə 2 illik müqavilə imzalanacağı və italiyalı hücumçuya illik 6 milyon avro maaş veriləcəyi bildirilib.

“Beşiktaş”dan ilkin olaraq 5 milyon avroluq transfer haqqı istəyən “Lazio” ilə 3 milyon avro qarşılığında razılığa gəlindiyi qeyd edilib.

Bu arada İmmobilenin “Beşiktaş”a transfer olmaq üçün iyun ayında “Lazio”dan almalı olduğu maaşdan imtina etdiyi bildirilib.

Bahar Rüstəm